Yapon nazirin bu açıqlaması insanların qəzəbinə səbəb oldu
Yaponiyanın Kənd Təsərrüfatı Naziri Taku Eto heç vaxt düyü almadığını söyləyib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, düyü ona hədiyyə olunur.
"Mən öz məsuliyyətimi hiss edirəm. Amma əslində mən özüm heç vaxt düyü almamışam. Mənə dəstək olanlardan o qədər hədiyyələr alıram ki, onları satmaq vaxtıdır", - Eto bildirib.
Nazirin bu açıqlaması məhsulun kəskin qiymət artımı fonunda ictimaiyyətin qəzəbinə səbəb olub.
Mövzular: