Reklam resmi
Reklam resmi

Beyləqanda ağır qəza - Yaralılar var

Beyləqanda ağır qəza - Yaralılar var
Hadisə
367

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az apa-ya istinadən xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

    Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

    Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Qəzada yaralananların hərbçi olduqları bildirilir.

    Mövzular:
    Qəza Beyləqan xəsarət

    Digər Xəbərlər