Reklam resmi
Reklam resmi

Bakıda mənzildə yanğın olub, 2 nəfər TƏXLİYƏ EDİLDİ

Bakıda mənzildə yanğın olub, 2 nəfər TƏXLİYƏ EDİLDİ
Hadisə

Bakıda mənzildə yanğın baş verib, 2 nəfər bina sakini təxliyə edilib.

Bu barədə Ajans.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 paq.m mebel yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

    Mövzular:
    Bakı Mənzil Yanğın Təxliyə

    Digər Xəbərlər