Reklam resmi
Reklam resmi

Valideynlərini öldürən Menendez qardaşları AZADLIQDA

Valideynlərini öldürən Menendez qardaşları AZADLIQDA
Kriminal

1989-cu ildə valideynlərini qətlə yetirməkdə təqsirli bilinən Erik və Lyle Menendezin cəzaları 50 il müddətə endirildi, indi isə onlar şərti azadlığa buraxıla bilər.

"Ajans.az"  "Euro news"a istinadən xəbər verir ki, Kaliforniya hakimi 1989-cu ildə Beverli Hillsdəki evlərində valideynlərini öldürdükləri üçün ömürlük həbs cəzasına məhkum edilmiş Erik və Lyle Menendezin cəzalarını azaldıb. Onlar şərti azadlığa buraxılma hüququ qazanıb.

Hakim Michael Jesic qardaşları 50 il həbs cəzasına məhkum edib. Bu da onların azadlığa çıxma ehtimalını artırır. Şərti azadlığa buraxılma qərarı gələn ay keçiriləcək məhkəmə iclasında ştatın şərti azadetmə şurası tərəfindən veriləcək.

"Mən demirəm ki, onlar azad olunsun; mən bu qərarı verə bilmərəm. Ancaq inanıram ki, onlar son 35 ildə əhəmiyyətli irəliləyiş əldə ediblər və bu şansa layiqdirlər.", - deyə Jesix bildirib.

Qardaşlar iddia edirlər ki, onlar illərlə cinsi istismardan sonra valideynlərini özlərini müdafiə etmək üçün öldürüblər. Menendez ailəsi qardaşların azadlıq iddiasını dəstəkləyib.

“Ailəmizin hər iki tərəfi hesab edir ki, 35 il kifayətdir. Bütün ailəmiz onları bağışladı.”, – onların əmisi oğlu Anamaria Baralt deyib.

Erik və Lyle Menendez məhkəmədə söz alaraq evlərinin qonaq otağında ana və atalarına qarşı törətdikləri qətlləri təfərrüatı ilə izah ediblər.

"Mən 1989-cu il avqustun 20-də anamı və atamı öldürdüm. Heç bir bəhanə və bəraətim yoxdur", - deyə Layl Menendez məhkəmə zalında bildirib. 

Qardaşlar 1989-cu ildə Xose və Kitti Menendesin qətlində təqsirli bilinərək şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum ediliblər. Onlar illərlə hökmdən şikayət etsələr də, nəticəsiz qalıb. Onlar qətlləri etiraf ediblər, lakin ailələrinin onları öldürəcəyi qorxusu və illərlə cinsi və psixoloji zorakılığın qarşısını almaq üçün törətdiklərini iddia ediblər. Son illərdə bu hadisə bir çox kitab və sənədli filmlərdə mövzu olaraq işlənmişdir. Bunun ardından qardaşlara verilən dəstək önəmli ölçüdə artdı. 

Qeyd edək ki, qətl zamanı 18 və 21 yaşlarında olan qardaşlar qanuni yollarla azadlıqlarını axtarmağa davam ediblər. Los-Ancelesdəki meşə yanğınları və müdafiə tərəfi ilə ittiham tərəfi arasında fikir ayrılıqları səbəbindən yenidən məhkəmə araşdırması tələbləri bir neçə dəfə təxirə salınıb.

Mövzular:
Menendez qardaşları EURO NEWS KALİFORNİYA

Digər Xəbərlər