Reklam resmi
Reklam resmi

Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıtda yaşayış binasında yanğın oldu
Hadisə

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Ajans.az xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin 4-cü mərtəbəsində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mövzular:
yanğın Sumqayıt bina

Digər Xəbərlər