Bakı-Qazax sərnişin qatarı Şəmkirdə heyvan tələfatına səbəb oldu
Bakı-Qazax sərnişin qatarı Şəmkirdə 37 heyvanı vurdu.
Bu gün səhər saatlarında Bakı-Qazax sərnişin qatarı Şəmkir rayonunun Sabirkənd kəndi yaxınlığında 37 baş xırdabuynuzlu heyvana çırpılaraq ciddi ziyana səbəb olub. Hadisə qatarın Bakı şəhəri istiqamətində hərəkət etdiyi vaxt baş verib.
Ajans.az Teleqraf.az-a istinadən xəbər verir ki, sərnişin qatarı kənd ərazisindən keçərkən kənd sakini İrbahim Məmmədova məxsus heyvan sürüsünə çırpılıb. Hadisə nəticəsində heyvanların hamısı tələf olub.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları və dəmir yolu xidmətinin əməkdaşları cəlb ediliblər. Araşdırmalar davam edir. Qəzanın səbəbi heyvanların dəmir yolu xəttinə yaxın ərazidə gəzməsi ilə əlaqələndirilir.
Mövzular: