Zukerberq sizə dost tapdı - DETALLAR
Meta şirkətinin seosu Zukerberq, sosial şəbəkələrdə dostu olmayanlara süni intellekt botlarını tövsiyə edir.
Zukerberq bildirib ki, insanlar "Meta AI" kimi çatbotlarla şəxsi mövzular haqqında danışmaqdan zövq alırlar.
Onun sözlərinə görə, süni intellekt kifayət qədər fərdiləşəndə istifadəçiləri daha yaxşı tanıyır və onlar arasındakı "münasibət" daha cəlbedici olur. O, həmçinin insanların düşündüklərindən daha az dostu olduğunu iddia edir və o, süni intellektin bu boşluğu doldura biləcəyini düşünür.
Bəziləri , "ChatGPT" kimi , məşhur AI söhbət botlarını özünəməxsus danışıq dilində fərdiləşdirir. Məsələn, “Sən indi Qara dəniz bölgəsindən olan 50 yaşlı, həddindən artıq aqressiv dayısan” deyildikdə, "ChatGPT" bu obraza girir və onun kimi danışmağa başlayır. Verdiyimiz misalda olduğu kimi süni intellektə “belə ol, belə davran” dediyiniz zaman süni intellekt elə davranır. Burada əsas söz “davranmaq”dır. Yenədə, süni intellektin mahiyyəti dəyişmir. Söhbət tarixçənizi bir hərəkətlə sildiyiniz zaman söhbətləriniz sanki heç olmamış kimi yox olur. Beləliklə, AI nə qədər sevimli olsa da, onunla qurulan münasibət saxta dostluqdan ötəyə keçmir
Qeyd edək ki, Zukerberq süni intellekti təkcə dost kimi deyil, həm də terapevt kimi tövsiyə edir. O, Ben Thompsonun podkastında dedi ki, insanların ən azından bir AI terapevti olmalıdır. Çünki terapiya bahalıdır. Bu sistemlər real terapevtlərin çata bilmədiyi nöqtələrdə bəzi insanların köməyinə gələ bilir. Bunun yaxşı və ya pis fikir olduğunu söyləmək çətindir. Məlumdur ki, bəzi çatbot əsaslı proqramlar müəyyən üstünlüklərə malikdir. Ancaq burada da məhdudiyyətlər var. Süni intellekt sizi yalnız dediklərinizə görə qiymətləndirsə də, terapevt demədiklərinizi də görür. Əgər siz on dəqiqə nəfəsinizi tutub yalandan gülümsəyirsinizsə, bu, terapevtin nəzərindən yayınmayacaq. Lakin o zaman da terapevt bunu etik qaydalar çərçivəsində edəcək. Süni intellektdə etik qaydaların tanınması kimi bir şey yoxdur. Təqdim etdiyimiz məlumatların necə istifadə olunacağını heç vaxt bilmirik.
Həmçinin, istifadəçilər də bu fikrin əleyhinədirlər. "Heç bir alqoritm sizinlə maraqlanan insanı əvəz edə bilməz" - deyirlər. Süni intellekt alətləri təlim, müştəri xidməti və hətta bəzi mənəvi dəstək anlarında faydalı ola bilər, lakin onlar dost deyillər.