Hollivud ulduzu 50 yaşında subaylığın DAŞINI ATIR
Amerikalı aktyor Leonardo Di Kaprio italyan model Vittoria Ceretti ilə evlənmək qərarına gəlib.
Ajans.az xəbər verir ki, müvafiq məlumatı “HeatWorld” nəşr edib.
Anonim mənbənin sözlərinə görə, 50 yaşlı sənətçi qocalığını tək keçirmək istəmir və qibtə olunası Hollivud subaylığı statusundan ayrılmağa hazırdır. "Vittoriyanı gəlini kimi görmək onun üçün çox vacib hadisədir. O, evlilik haqqında çox düşünürdü və bunu mümkün qədər tez etmək istərdi", - mənbə nəşrə bildirib.
Bundan əlavə, insayder vurğulayib ki, Ceretti sevgilisinə evlilik təklifi üçün çox gözləmək fikrində olmadığını açıqlayıb. Di Kaprionun qətiyyətli olmasının sübutu onun xarici dəyişiklikləri və həyat tərzinin dəyişməsidir. Beləliklə, məşhur nəzərəçarpacaq dərəcədə arıqlayıb və partilərə daha az getməyə başlayıb.
Eyni zamanda mənbə vurğulayıb ki, Di Kaprionun bu qərarına ən çox nəvələrini səbirsizliklə gözləyən 82 yaşlı anası sevinir. "Bu addımı atmaq üçün Leo digər kişilərə nisbətən daha çox vaxt sərf etdi, amma indi o çiçəklənəcək. Anası isə övladı olarsa, rahat nəfəs alacaq", - nəşrin mənbəsi yekunlaşdırıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.