Reklam resmi
Reklam resmi

Gəncədə yanğın: Kişi qadını bıçaqladı, mənzilə od vurdu, özü öldü

Gəncədə yanğın: Kişi qadını bıçaqladı, mənzilə od vurdu, özü öldü
Hadisə

Gəncədə baş verən yanğınla bağlı təfərrüat məlum olub.

Ajans.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə şəxsi zəmində baş verib.

Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.

1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

Gəncə şəhərində yanğın beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 36 m² olan mənzildə baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, F.Əmirov küçəsində baş verən yanğına görə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mövzular:
Gəncə yanğın bina partlayış ölüm bıçaqlanma qadın kişi xəsarət

Digər Xəbərlər