50 yaşlı kişi alça ağacından yıxılaraq öldü
Göyçayda ağacdan alça yığan şəxs yıxılararaq həyatını itirib.
Ajans.az xəbər verir ki, hadisə mayın 11-də Göyçay rayonu, Bığır kənd qeydə alınıb.
Belə ki, kənd sakini 22.06.1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb və almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: