Gəncədə 18 yaşlı gənci maşın VURDU
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, APA--nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2007-ci il təvəllüdlü A.Məmmədovanı vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: