Reklam resmi
Reklam resmi

Abşeronda sexdəki yanğın məhdudlaşdırıldı - VİDEO

Abşeronda sexdəki yanğın məhdudlaşdırıldı - VİDEO
Hadisə

Abşeronda sexdə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Mövzular:
yanğın FHN Abşeron sex yanğın məhdudlaşdırıldı

Digər Xəbərlər