Reklam resmi
Reklam resmi

Ağdaşda maşın tələbəni vurub öldürdü

Ağdaşda maşın tələbəni vurub öldürdü
Hadisə
320

Ağdaşda avtomobil piyadanı vurub.

Ajans.az xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Mövzular:
Ağdaş qəza ölüm maşın piyada

Digər Xəbərlər