Məşhur aparıcıdan ACI XƏBƏR
Böyrək xərçənginin dördüncü mərhələsi ilə mübarizə aparan məşhur britaniyalı televiziya və radio aparıcısı Ceyms Ueyl artıq müalicə ala bilməyəcəyini açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə “The Mirror” yazır.
"Xərçəngimin son nöqtəsindəyəm. "Mənim ala biləcəyim başqa müalicə yoxdur", - deyə, Ueyl etiraf edib.
73 yaşlı teleaparıcı daha bir neçə həftə və ya ay yaşamağa ümid etdiyini bildirib. Teleulduza ilk dəfə xərçəng xəstəliyinə 2000-ci ildə diaqnoz qoyulub, bu zaman 1 böyrəyi götürülüb. 2020-ci ildə Ueyl xərçəngin aqressiv formada qayıtdığını və onun qalan böyrəyinə, beyninə, ağciyərlərinə və onurğasına təsir etdiyini açıqlayıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: