Reklam resmi
Reklam resmi

Babəkdə ağır qəza: ana və oğul yaralandı

Babəkdə ağır qəza: ana və oğul yaralandı
Gündəm

Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, "Reno" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Babək rayon, Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Gülnarə Məmmədəli qızı Məmmədova və oğlu, 1999-cu il təvəllüdlü Yaşar Abbas oğlu Məmmədov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər