Polis 53 nəfəri saxladı - ƏMƏLİYYAT
Mayın 2-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ajans.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.