Reklam resmi
Reklam resmi

Mahir Emrelinin son durumu açıqlandı

Mahir Emrelinin son durumu açıqlandı
Gündəm

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

Ajans.az  xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna Düsseldorf”a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

“Nürnberq”in rəsmi saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elbersberq”a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.

Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 matçda 7 dəfə rəqib qapısına yol tapıb.

Digər Xəbərlər