Reklam resmi
Reklam resmi

Lebron Ceyms və oğlunu məhkəməyə verdilər

Lebron Ceyms və oğlunu məhkəməyə verdilər
İdman

ABŞ-nin "Los-Anceles Leykers" klubunun məşhur basketbolçusu Lebron Ceymsi və oğlu Bronni Ceymsi avtomobil qəzasına görə məhkəməyə veriblər.

Ajans.az xəbər verir ki, hadisə 2022-ci ilin noyabrında Kaliforniyanın Littl-Rok şəhərində baş verib.

Qadınların sözlərinə görə, Lebron və oğlunun içərisində olduğu avtomobil onların idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. İttihamçılar yol-nəqliyyat hadisəsi nəticəsində aldıqları xəsarətlərin əlavə müalicə tələb etdiyini bildiriblər. Həmçinin idarə etdikləri avtomobilin ciddi zədələndiyini və bunun nəticəsində dəyərinin düşdüyünü söyləyiblər.

Zərərçəkənlər dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Mövzular:
Lebron Ceyms Oğul Məhkəmə

Digər Xəbərlər