Reklam resmi
Reklam resmi

Avtomobil izdihama çırpıldı - 11 nəfər YARALANDI

Avtomobil izdihama çırpıldı - 11 nəfər YARALANDI
Gündəm

Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə hərəkət etdiyi qəzada azı 11 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, bu barədə Danimarkanın TV-2 telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Kopenhagenin mərkəzində insan izdihamına çırpılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.

Sürücü aldığı xəsarətlərə görə müalicə olunduqdan sonra polis onu dindirəcək.

Digər Xəbərlər