Reklam resmi
Reklam resmi

Bu klublar Mahir Emrelini transfer etmək istəyir

Bu klublar Mahir Emrelini transfer etmək istəyir
Gündəm

Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli komandanı tərk edə bilər.

Ajans.az xəbər verir ki, o, karyerasını elə Almaniyada davam etdirməyə yaxındır.

Futbolçu ilə Bundesliqadan 2 klub yaxından maraqlanır.

Klubların adı açıqlanmasa da, Mahirin transferində israrlı olduqları bildirilir. Bu barədə Almaniya mətbuatında da xəbərlər yayılmağa başlayıb.

Mahir isə “Nürnberq”i tərk etmək istəmir. O, komandada qalaraq, son matçlardakı uğurlu performansını davam etdirmək niyyətindədir.

Lakin ciddi təklif olacağı halda, həmyerlimiz mövsümün sonunu gözləyəcək.

Qeyd edək ki, Emrelinin II Bundesliqa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Mahir Emreli klub futbol

Digər Xəbərlər