Bakının mərkəzində restoran yanır
Paytaxtın Səbail rayonu, Nizami küçəsində restoran yanır.
Ajans.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.