Reklam resmi
Reklam resmi

Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi

Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi
Gündəm

“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs edilib.

Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.

Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nazakət Məmmədova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Samirə Əliyevaya isə şərti cəza verilib.

Qeyd edək ki, cinayət hadisəsi “Premium Bank”ın 5 saylı filialında baş verib.

Mövzular:
Nəzakət Məmmədxanova məhkəmə həbs “Premium Bank” sabiq filial müdiri

Digər Xəbərlər