Reklam resmi
Reklam resmi

Abşeronda 1 aylıq körpənin ölüm səbəbi BƏLLİ OLDU

Abşeronda 1 aylıq körpənin ölüm səbəbi BƏLLİ OLDU
Hadisə

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Saray qəsəbəsində 1 aylıq körpə evdə ölüb.

Ajans.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.04.2025-ci il tarixində saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
korpe ölüm hadise Abseron usaq ölümü

Digər Xəbərlər