Reklam resmi
Reklam resmi

Maşınlar toqquşdu, xəsarət alan var

Maşınlar toqquşdu, xəsarət alan var
Gündəm

Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var.

Ajans.az xəbər verir ki, bu gün saat 16 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində Kamran Qasımovun idarə etdiyi “VAZ-21012” və İlkin Orucovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107”də olan sərnişin, 1966-cı il təvəllüdlü Aydınbulaq kənd sakini Şabəddin Ağabalayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla baglı araşdırma aparılır.

Digər Xəbərlər