Reklam resmi
Reklam resmi

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Bu nazirliyin yubiley medalı təsis ediləcək
Gündəm

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.

Ajans.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Gündəliyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirə olunacaq.

Mövzular:
Milli Məclis Fövqəladə Hallar Nazirliyi medal

Digər Xəbərlər