Reklam resmi
Reklam resmi

Ərəblərdən "Barselona"nın ulduzu üçün ÇILĞIN TƏKLİF

Ərəblərdən \"Barselona\"nın ulduzu üçün ÇILĞIN TƏKLİF
İdman

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Barselona"nın ulduzu Rafinyanı transfer etmək üçün 200 milyon dollarlıq təklif hazırlayıb.

Ajans.az bildirir ki, Neymarın gedişindən sonra özünə yeni super ulduz axtaran Səudiyyə klubu braziliyalı oyunçunu ideal namizəd kimi görür.

Xarici mənbələrin məlumatına görə, Əl-Hilal 4 illik müqavilə çərçivəsində Rafinhaya 1,1 milyard Braziliya realı (200 milyon dollar) təklif etməyə hazırdır. Onlar həmçinin Barselonaya 100 milyon avro (ümumilikdə 652 milyon real) ödəməyi planlaşdırırlar.

Bu mövsüm 49 oyunda 30 qol və 21 məhsuldar ötürmə ilə əla performans göstərən Rafinya "Barselona"nı La Liqa liderliyinə, Kral Kral Kuboku finalına və Çempionlar Liqasının yarımfinalına çıxarıb.  

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər