Reklam resmi
Reklam resmi

16 avtomobil TOQQUŞDU: YARALILAR VAR - Bu ölkədə

16 avtomobil TOQQUŞDU: YARALILAR VAR - Bu ölkədə
Hadisə

Leninqrad vilayətində 16 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, bu barədə KP-Sankt-Peterburq məlumat yayıb.

Dəqiqləşdirilir ki, yol-nəqliyyat hadisəsi aprelin 25-də Moskva vaxtı ilə saat 23:10-da Kiyev şossesinin 45-ci kilometrliyində, Leninqrad vilayətinin Qatçina rayonu ərazisində, Pskov istiqamətində baş verib.

Markası açıqlanmayan avtomobilin sürücüsü naməlum səbəbdən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Onu izləyən sürücü yaranan maneəyə reaksiya verməyə vaxt tapmayıb və qəzadan sonra dayanan avtomobillə toqquşub.

Bundan sonra iki maşına daha 14 avtomobil qoşulub . İki sürücü ağır xəsarət alıb, onlardan biri hazırda reanimasiyadadır. İki qadın da yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Leninqrad Avtomobil Toqquşma Yaralılar

Digər Xəbərlər