Məşhur bloggerin əri uşaqlarından imtina etdi
Blogger Aysel Şükürova sosial media hesabında əkiz övladlarının atası ilə bağlı gündəm yaradacaq paylaşım edib. O bildirib ki, uşaqların atası aliment ödəməmək üçün onlardan imtina edib və bu səbəbdən barəsində cinayət işi açılıb.
“Bu gün Nəsimi rayon icra şöbəsinə getdim, Vüqar Qaralovun yanına. Əkizlərin atasına cinayət işi açılıb. Lakin o, övladlarının yanında dedi ki, mən uşaqlardan imtina edirəm”, – deyə Aysel qeyd edib.
Ajans.az xəbər verir ki, Şükürova paylaşımında övladlarının səhhətində ciddi problemlər olduğunu da bildirib: “Onurun autizm spektr diaqnozu var. Adnan isə anadangəlmə ayağında problemli doğulub. Allah mənə güc versin ki, işləyib ömür boyu uşaqlarıma baxa bilim.”
Qeyd edək ki, Aysel Şükürovanın atası Bakı Lift Təmir İstehsalat Birliyinin rəisi vəzifəsində çalışıb.

