Tanınmış müğənni evləndi - FOTO
Azərbaycanlı müğənni Zeynəb Həsəni ailə həyatı qurub.
Ajans.az xəbər verir ki, sənətçi bu barədə sevincini şəxsi Instagram hesabında bölüşüb. Gəlinlik geyimində bəylə çəkilmiş fotonu paylaşan
Zeynəb Həsəni paylaşımına bu sözləri əlavə edib:
“Allah arzusunda olan hər kəsə qismət etsin.”
Müğənninin toyunun nə vaxt və harada baş tutduğu dəqiq bilinmir. Zeynəb Həsəni məsələ ilə bağlı əlavə açıqlama verməsə də, izləyicilər onun yeni həyatını təbrik və xoş arzularla qarşılayıblar.

Mövzular: