Ağır cinayətdə ittiham olunan azərbaycanlı AVROPADA SAXLANILDI!
Moldovada qətl və silah alveri ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən, İnterpol tərəfindən axtarışda olan azərbaycanlı tapılıb.
Ajans.az xəbər verir ki, bu barədə respublika polisi öz “Telegram” kanalında məlumat yayıb.
O, Otaçi dövlət sərhəd-keçid məntəqəsində Ukraynaya keçmək istəyən zaman saxlanılıb. Təqsirləndirilən şəxsin 43 yaşında olduğu və 2021-ci ilin fevralında Şlisselburqdakı kafedə iki cinayətkar qrup arasında silahlı qarşıdurmada iştirak etdiyi bildirilir. Etnik qruplar arasında kriminal təsir zonaları bölündükdən sonra pulemyot və tapançalardan atışma olub.
Onun həbsi Moldova Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Cinayət Prokurorluğu İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərdən sonra mümkün olub. Həmin şəxsin həbs olunduğu və ekstradisiya ediləcəyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: