İngiltərə nəhəngi türk ulduzu istəyir
İngiltərənin "Çelsi" futbol klubu "Yuventus" formasını geyinən və son zamanlar parlaq çıxışı ilə diqqət çəkən Türkiyə milli komandasının futbolçusu Kenan Yıldızın transferi üçün hərəkətə keçib.
Ajans.az xəbər verir ki, Fransanın "Foot Mercato" nəşrinin yaydığı xəbərə görə, London klubunun rəhbərliyi Kenan Yıldızın transferi ilə bağlı "Yuventus" klubu ilə ilkin təmas qurub. Lakin hələlik rəsmi təklif irəli sürülməyib.
Məlumata görə, London təmsilçisi yaxın günlərdə həm futbolçunun özü, həm də meneceri ilə birbaşa əlaqə qurmaq niyyətindədir və danışıqları intensivləşdirməyi planlaşdırır.