Reklam resmi
Reklam resmi

Məktəbdə bıçaqlanma hadisəsi oldu: 1 ÖLÜ, 3 YARALI - Bu ölkədə

Məktəbdə bıçaqlanma hadisəsi oldu: 1 ÖLÜ, 3 YARALI - Bu ölkədə
Hadisə
580

Fransada orta məktəbdə bıçaqlanma nəticəsində 1 uşaq ölüb, 3 uşaq yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə “Ouest-France” nəşri məlumat yayıb.

Hadisə cümə axşamı, aprelin 24-də Nantın Doulon rayonundakı Notre-Dame-des-Toutes-Eudes məktəbində baş verib. Mənbənin sözlərinə görə, təhsil müəssisəsində şagirdlərdən biri bıçaqla digər uşaqlara hücum edib. Nəticədə bir neçə tələbə ağır xəsarət alıb və lazımi tibbi yardım üçün xəstəxanaya aparılıb.

Daha sonra BFMTV xəbər verib ki, hadisə nəticəsində xəsarət alan məktəb şagirdlərindən biri ölüb.

Hadisə yerində Fövqəladə Hallar Xidməti fəaliyyətini davam etdirir. Qeyd olunur ki, polis əməkdaşları hücumda təqsirli bilinən şəxsi saxlamağa nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Fransa Məktəb Bıçaqlanma Şagirdlər

Digər Xəbərlər