Reklam resmi
Reklam resmi

Evini satışa qoydu, kartından 10 MİN OĞURLANDI

Evini satışa qoydu, kartından 10 MİN OĞURLANDI
Hadisə

Evini elan saytlarında satışa qoyan şəxsin kartından 9920 manat oğurlanıb.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib. O bildirib ki, naməlum şəxsə inanan vətəndaş zərərə məruz qalıb:

"Çünki kiber risklər, təhlükələr xaricdə formalaşdırılan cinayətkar qruplar tərəfindən təşkil olunur. Evini elan saytında satışa qoyur, ona zəng gəlir ki, evi almaq istəyirəm, kart məlumatlarını verin, beh göndərəcəyəm. Vətəndaş isə 16 rəqəmdən əlavə digər məxfi məlumatları da göndərib. Və bank kartında olan 9920 manat oğurlanıb". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər