Qardaş ölkədə dəhşətli QƏZA: 7 ÖLÜ, 12 YARALI
Vanın Başkale rayonunda sərnişin mikroavtobusu ilə yük maşını toqquşub.
Ajans.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Qəza ilə bağlı açıqlama verən ədliyyə naziri Yılmaz Tunç araşdırma başladıldığını deyib.
Xəbərdən sonra əraziyə çoxlu təcili yardım maşınları göndərilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Daxili işlər naziri Əli Yerlikaya qəza ilə bağlı açıqlama verib.
Yerlikaya açıqlamasında bunları qeyd edib:
“Təəssüf ki, Van-Hakkari yolunda baş verən faciəvi yol qəzasında 7 vətəndaşımız həyatını itirib, 12 vətəndaşımız isə yaralanıb. Yaralılarımızın dördünün vəziyyəti ağırdır, qəzada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
