Reklam resmi
Reklam resmi

Lavrov Özbəkistana səfər edib

Lavrov Özbəkistana səfər edib
Gündəm

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə yola düşüb.

Ajans.az xəbər verir ki, Lavrovun təyyarəsi Səmərqənd hava limanına enib.

Səfər çərçivəsində Rusiya XİN başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xarici işlər naziri Baxtiyar Saidovla görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli münasibətlərin, Avrasiya inteqrasiyası məsələlərinin və faşizm üzərində Qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıqların müzakirə olunacağı planlaşdırılıb.

Digər Xəbərlər