Daşkəsəndə bitki toplayan kişi qayadan yıxıldı
Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb.
Ajans.az xəbər verir ki, hadisə rayonu Alunitdağ qəsəbəsinin dağlıq ərazisində qeydə alınıb. Qəsəbə sakini oalb orta yaşlı İlham adlı şəxs dağlıq ərazidə (sündürük ) bitki toplayan zaman qayadan yıxılıb. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırılır.