Məktəbdə dava - 1 nəfər xəstəxanalıq oldu
Xəbər verdiyimiz kimi, Gəncədə Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında dava olub.
Ajans.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində 2008-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
"Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: