Sahibə Qafarovadan deputata irad: "Siz nə danışırsınız?"
''Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?''
Ajans.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?”.
Mövzular: