Reklam resmi
Reklam resmi

İrəvanda bunun baş verəcəyini düşünmürəm - Deputat

İrəvanda bunun baş verəcəyini düşünmürəm - Deputat
Siyasət

“Sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması məsələsi Ermənistanda həssas mövzudur. Revanşistlər bu mövzudan istifadə etməklə insanları öz tərəfinə çəkməyə çalışırlar. Təbii ki, bunun baş tutacağını hesab etmirəm. Çünki Baqratın başçılığı ilə uzun zaman davam edən aksiyalar insanları revanşizmə çağırsa da, uğur qazana bilmədi. Bu baxımdan, bu gün Ermənistanda baş qaldırmış revanşist qüvvələrin möhkəm dayaqlarının olacağını düşünmürəm”.

Bunu Ajans.az-a açıqlamasında deputat Azər Badamov deyib. Onun sözlərinə görə, revanşist qüvvələrin aktivləşməsinin bir neçə səbəbi var:

“Birinci səbəb qarşıdan gələn parlament seçkiləridir. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək, müxalifət isə hakimiyyəti ələ keçirmək üçün indidən Paşinyan hakimiyyətini hörmətdən salan hərəkətlərinə başlayıb.

İkinci səbəb isə revanşistlərin maliyyələşdirilməsi ilə bağlıdır. Fransa revanşistlərin əli ilə Ermənistanda vəziyyəti gərgin saxlamağa və hakimiyyətə sülhdən yayınmaq üçün təzyiq göstərməyə çalışır. Hətta Fransa səfiri Olivye Dekotinin Zəngəzura səfəri, yerli sakinlərlə görüşərək onları təlimatlandırması, həm də Avropa İttifaqının casuslarına tapşırıqların verilməsi regionda gərginliyin artırılmasına hesablanmış addımlardır”.

Deputat eyni zamanda qeyd edib ki, Qarabağda saxta hakimiyyətini buraxdığını elan edərək ərazilərimizdən qaçıb canını qurtara bilmiş Şahramanyan və onun tərəfdarları ətrafına ərazilərimizdən könüllü çıxmış erməniləri yığmağa və Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çalışır:

“Təbii ki, bu da ayaq tutub yeriyən bir məsələ deyil. Ermənistanda baş verən bütün bu proseslər sülh prosesinə maneə yaradır və regionda gərginliyin yenidən artırılmasına hesablanmış addımlardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
deputat irəvan ermənistan sülh sazişi revanşistlər

Digər Xəbərlər