Reklam resmi
Reklam resmi

Göygöldə qəza, ölən və xəsarət alan var

Göygöldə qəza, ölən və xəsarət alan var
Gündəm

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü R. İmanov hadisə yerində ölüb.

1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər