Reklam resmi
Reklam resmi

Göygöldə evakuator piyadanı vuraraq öldürüb

Göygöldə evakuator piyadanı vuraraq öldürüb
Gündəm

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan evakuator yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər