ABŞ-İran danışıqlarının ikinci raundu başa çatdı
İranın xarici işlər naziri Abbas Arakçının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-la nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.
Ajans.az xəbər verir ki, bu barədə məlumatı “Röyters” yayıb.
Bildirilib ki, bu gün Arakçı və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq.