Reklam resmi
Reklam resmi

Avtomobil kanala aşdı, yaralanan var

Avtomobil  kanala aşdı, yaralanan var
Gündəm

Lənkəranda idarəetməni itirən avtomobil kanala aşıb.

Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı suötürücü kanala aşıb. Qəza nəticəsində sürücü müxtəlif  dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib.

Qeyd edək ki, qəza nəticəsində suötürücü kanal üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib. Faktla bağlı araşdırma aparılır.

   

Mövzular:
Lənkəran kanal aşdı avtombil

Digər Xəbərlər