Ağsuda ekskavatorun aşması nəticəsində ölən şəxs sahə rəisi imiş
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi imiş.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd edək ki, ölən və yaralanan şəxslər Muğanlı-İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olublar.
***
Ağsuda selin ekskavatoru aşırması nəticəsində ölən və xəsarət alanların kimliyi bəlli olub.
Ajans.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.
1992-ci il təvəllüdlü Abdullayev Bəxtiyar Nəsib oğlu, 1982-ci il təvəllüdlü Salahov Elnur Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Qasımov Bəxtiyar Fazil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Mövzular: