Reklam resmi
Reklam resmi

Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO

Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
Gündəm

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Ajans.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.

Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.

Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.

Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.

Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Mövzular:
Şəhid atası oğurluq pul şəhid atasının pulunu oğurladılar

Digər Xəbərlər