Reklam resmi
Reklam resmi

Naxçıvanda dəhşətli YANĞIN - Bir nəfər öldü

Naxçıvanda dəhşətli YANĞIN - Bir nəfər öldü
Gündəm

Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 4 m² hissəsində yataq dəsti yanıb. Evin 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzular:
NAxçıvan yanğın FHN

Digər Xəbərlər