Reklam resmi
Reklam resmi

Gürcüstan prezidenti bu tarixdə Azərbaycana gəlir

Gürcüstan prezidenti bu tarixdə Azərbaycana gəlir
Gündəm

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

Digər Xəbərlər