Qəza törədən taksi ilə bağlı AYNA görün nə edib "Bolt" xəbərsizdir?
Ajans.az-ın əldə etdiyi özəl məlumata görə dünən ağır qəza zamanı yararsız hala düşən taksi avtomobilinin buraxılış kartı aprel ayının 8-i AYNA tərəfindən ləğv edilibmiş. Amma AYNA bu barədə partnyorlara yəni taksinin işlədiyi BOLT – Şirkətinə məlumat verməyib. Buraxılış kartı ləğv edilən avtomobil barədə BOLT-a məlumat verildiyi təqdirdə şirkət bu avtomobilin taksi fəaliyyətinə icazə verməyəcəkmiş. Sistem söndürüldüyü təqdirdə də taksi fəaliyyəti göstərməsi mümkünsüz olacaqdı. Amma AYNA-nın bu barədə partnyoru məlumatlandırmaması avtomobilin hələ də Boltun sistemində taksi kimi fəaliyyət göstərməsinə səbəb olub.
Sosial mediada yazılan məlumatlara görə sürücü Anar Nəcəfovun sürdüyü avtomobil başqa şəxsin adı ilə qeydiyyatdan keçib. Anar Nəcəfovun taksi sürmək üçün rəsmi seertifikasiyası olmayıb. Anar Nəcəfovun Qala kəndində antenna ustası olduğu da deyilir.
Məsələ ilə bağlı AYNA-ya sual ünvanladıq. Cavab gözləyirik.