Polisdən ƏMƏLİYYAT - 74 nəfər SAXLANILDI
Aprelin 10-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ajans.az bildirir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 49 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.