Nyu Yorkda helikopter çaya düşdü: 6 nəfər öldü
ABŞ-ın Nyu York şəhərində helikopter Hadson çayına düşüb.
Ajans.az xəbər verir ki, bu barədə Nyu York polisi məlumat verib.
Məlumata görə, polis təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb. Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub.
Hadisənin baş vermə səbəbi araşdırılır.